Bakıdan Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün humanitar yük yola salınıb
2023-08-29 10:27:07
“Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.
Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək: “Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”. (report)