📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının bəzi küçələri dörd gün bağlı qalacaq - SİYAHI

2023-12-22 12:06:00

Bakının bəzi küçələri dörd gün bağlı qalacaq - SİYAHI

Bakının Yasamal rayonu Həsən Məcidov küçəsi (Hüseyn Cavid prospektindən Zeynal Xəlilov küçəsinədək olan hissə) və Nizami rayonu Elşən Süleymanov küçəsində (Cəmşid Naxçıvanski küçəsindən Bəhruz Nuriyev küçəsinə qədər olan hissə) bu gündən etibarən təmir işlərinə başlanılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, təmir işlərinin dörd gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bu səbəbdən, sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.