📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının bir hissəsində işıq olmayacaq

2026-06-01 10:01:49

Bakının bir hissəsində işıq olmayacaq

Bakının Nizami rayonunun bir hissəsinə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Hurriyyet.info-ya "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Belə ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.