📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının bu ərazisi üfunət qoxuyur: Sakinlər ayağa qalxdı

2023-08-21 13:30:10

Bakının bu ərazisi üfunət qoxuyur: Sakinlər ayağa qalxdı

Sabunçu rayonun sakinləri kanalizasiya sistemlərinin olmamasından şikayətçidirlər. 

Bununla bağlı Yenisabah.az-ın redaksiyasına şikayət ünvanlayan Yeni Ramana qəsəbəsi sakinləri təhlükə içərisində qaldıqlarını bildiriblər:

“Bura Yeni Ramana qəsəbəsinin Şuşa şəhərciyidir. Burada kanalizasiya sistemi yoxdur. Dəfələrlə yerli icra hakimiyyəti orqanlarına müraciət etmişik, lakin heç bir tədbir görmürlər. Yayda qrunt suları çəkilir, amma qışda olanda hər yer üfunət qoxur. Qrunt suları ətrafı bürüyür. Çölə çıxmaq mümkün olmur. Hər kəsin həyətində kanalizasiya quyusu var. Bütün ehtiyaclarımız ora gedir. Bu da hər birimizin  səhhətinə pis təsir edir. Kanalizasiya sistemimiz olsun ki, rahatlıqla yaşaya bilək. Bu ərazidə 10 mindən artıq insan yaşayır, amma kanalizasiya sistemi yoxdur”.