Bakının bu ərazisində seksual manyak peyda olub: Polis onu axtarır...
2023-05-15 22:59:00
Bakıda seksual manyak peyda olub.
Hurriyyet.az “lent.az”a istinadən xəbər verir ki, polisə müraciət edən Zabrat qəsəbəsindən olan bir qadın qəsəbə ərazisində yerləşən idman meydançasında naməlum kişinin onun 7 yaşlı oğluna qarşı seksual xarakterli hərəkətklər etdiyini bildirib.
Daxil olan şikayət əsasında Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsi tərəfindən araşdırmalar başlanıb.
Hazırda polis azyaşlıya qarşı seksual hərəkətlər edən şəxsin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.