📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının bu ərazisində "xruşovka"lar sökülür - 400 AZN kirayə pulu və mənzillər veriləcək

2023-11-27 10:20:24

Bakının bu ərazisində

Bakının daha bir rayonunda binalar plana düşüb.

Məlumata görə, söhbət Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Sovet dönəmində tikilən çoxmənzilli binalardan gedir.

28 May küçəsində yerləşən ikimərtəbəli binaların söküntüsünü icra edən şirkət həmin ərazidə hündürmətəbəli bina tikəcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edib. Bundan əlavə binaların tikintisi başa çatanadək evləri sökülən vətəndaşlara 400 manat kirayə pulu da veriləcək.

Qeyd edək ki, sakinlərin bir çoxu şirkətin təklifini qəbul edərək evləri tərk ediblər.

BAKU.WS