Bakının bu hissələrində su kəsiləcək
2023-11-30 21:00:15
Bakının Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Bu barədə Hurriyyet.Az-a Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Məhdudiyyətlər su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar noyabrın 30-u saat 20:00-dan dekabrın 1-i səhər saatlarına qədər olacaq.
Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.