📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının məşhur parkı hasara alındı – Fotolar

2023-03-09 14:30:00

Bakının məşhur parkı hasara alındı – Fotolar

Paytaxt Bakıda, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov parkına girişi bu gündən  bağlanıb.

Hurriyyet.az xəbər verir ki, park ərazisində fəaliyyət göstərən restoran, kafe və çayxanaların, eyni zamanda attraksionların fəaliyyəti dayandırılıb. Parkın ətrafı tam olaraq hasara alınıb.

Məsələ ilə bağlı rayon İcra Hakimiyyətindən “Yeni Sabah”a bildirilib ki, Nərimanov Parkına giriş təmir məqsədi ilə dayandırılıb. Belə ki, parkda bu gündən əsaslı təmir işlərinə başlanıb. Açıqlamada qeyd olunur ki, aparılacaq əsaslı təmir işləri çərçivəsində parkda tamet-daş üzlüklərin dəyişilməsi, müasir oturacaqların quraşdırılması, fontan meydanının yenidən qurulması, yeni yaşıllıq sahələrinin yaradılması nəzərdə tutulur. 

Eyni zamanda parkın ərazisində yerləşən ictimai-iaşə obyektlərinin fasadlarının müasir üslubda təmiri, yeni işıq dirəkləri, eləcə də uşaqların, gənclərin, həmçinin yaşlı nəslin asudə vaxtlarının səmərəli, sağlam və əyləncəli keçirmələri üçün idman qurğularının quraşdırılması, uşaq meydançası və istirahət guşələrinin yaradılması da planlaşdırılıb.

Abadlıq və təmir işləri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.