📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıxanovda yaşayış binasında yanğın baş verib

2026-06-05 19:04:20

Bakıxanovda yaşayış binasında yanğın baş verib

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, yaşayış binasında başlamış yanğın nazirliyin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.