Balakəndə keçilməz kənd yollarının aqibəti necə olacaq? - VİDEO
2023-05-11 00:15:00
Balakənin Gürcüstanla sərhədində yerləşən Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun sol hissəsində yerləşən Poştbinə kəndinin sakinləri yolun bərbad olmasından narazıdırlar.
Kənd sakini Əmrullah Novruzov bildirib ki, taksilər rayonun mərkəzinə 10 manata gedirlər.
“Camaat palçığın, suyun içində yaşayır”, - deyə digər kənd sakini qeyd edib.
Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: