📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bank sistemində problem - Kartlarla ödəniş dayandı

2023-12-09 23:09:16

Bank sistemində problem - Kartlarla ödəniş dayandı

Ölkədə mağazalarda bank kartları ilə ödəniş etmək hazırda mümkün deyil.

Hurriyyet.Az xəbər verir ki, mağazadan alış-veriş edənlər kartla ödəniş həyata keçirə bilmirlər və bu da bəzi çətinliklər yaradır.

Alıcılar ya bankomatlardan pulu nağdlaşdırmağa məcbur olur, ya da almaq istədikləri məhsulu, hətta ərzağı belə geri qaytarırlar.

Kartla ödəniş sisteminin çökməsinin səbəbi bəlli deyil.//Axar.az