📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub

2026-07-15 10:43:16

Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Qətər Dövlətinin ölkəmizdəki səfirliyində olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Hurriyyet.info -a bildirilib ki, Ə.Əsədov Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb, Qətərin Azərbaycandakı səfiri ilə söhbət edərək başsağlığı verib.