📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Basdırılan qondarma rejimin qalıntıları müraciət yaydı

2026-06-05 23:11:55

Basdırılan qondarma rejimin qalıntıları müraciət yaydı

Ermənistan seçkiləri ərəfəsində məhv edilmiş qondarma “Artsax parlamentinin” rəhbəri adından bəyanat yayılıb.

Musavat.com xəbər verir ki, bəyanatda seçkilərin "Qarabağın itirilməsi" və ermənilərin bölgədən köçməsindən sonra keçirildiyi bildirilir.

Ermənistan hakimiyyəti seçki prosesində nifrət, təzyiq və parçalanma mühiti yaratmaqda ittiham olunur.

Məhv edilmiş qondarma rejimin keçmiş nümayəndələri “Artsax” mövzusunun Ermənistanın gündəmindən çıxarılmasını yolverilməz adlandırır, erməni xalqını kapitulyasiya ilə sülhü fərqləndirməyə çağırırlar.

Bəyanatda həmçinin "Qarabağa qayıdış" və qondarma “dövlətçiliyin bərpası” uğrunda mübarizənin davam etdiriləcəyi iddia edilir. Keçmiş separatçı qurumun təmsilçiləri yeni Ermənistan hakimiyyəti ilə əməkdaşlığa hazır olduqlarını da bildirirlər.