📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Batabatda qarın hündürlüyü yarım metrə çatır (VİDEO)

2023-02-16 22:11:00

Batabatda qarın hündürlüyü yarım metrə çatır (VİDEO)

"Naxçıvanda, Batabat gölü ətrafında qar örtüyünün hündürlüyü 30-50 sm arasında dəyişir. Ərazidə havanın temperaturu -13 dərəcədir”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda Batabat gölü ərazisində qarölçmə işləri həyata keçirilib. Məqsəd Naxçıvanın su ehtiyatlarını qiymətləndirməkdir.

 

Report.Az