Bayramovla Lavrovun görüşü başladı
2026-07-17 15:36:34
Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin və regional təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə Moskvada mühüm görüş start götürüb.
Hurriyyet.info xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.
Rusiya paytaxtında keçirilən görüşdə tərəflərin regional sabitlik, Cənubi Qafqazdakı cari vəziyyət, sülh danışıqlarının gedişatı və ikitərəfli əməkdaşlıq perspektivlərini geniş şəkildə müzakirə edəcəyi gözlənilir.