📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Beren Saat serialları tənqid etdi: “Qadınlar da bir-birini vuracaq?”

2026-05-25 12:26:43

Beren Saat serialları tənqid etdi: “Qadınlar da bir-birini vuracaq?”

Türkiyənin məşhur aktrisası Beren Saat seriallarda nümayiş etdirilən zorakılıq səhnələrini sərt tənqid edib.

Hurriyyet.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa son dövrlərdə ekran işlərində zorakılıq səhnələrinin həddindən artıq artdığını bildirib.

Beren Saat xüsusilə qadınlar arasında fiziki zorakılığın göstərilməsinə etiraz edərək, “Qadınların qadınlara qarşı fiziki zorakılıq səhnələri tarixi səviyyəyə çatıb. Bundan sonra daha hara gedəcək? Seriallarda qadınlar da bir-birini vuracaq?” sözlərini deyib.

Aktrisanın bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi onun fikirlərini dəstəkləyərək televiziya məkanında zorakılığın təbliğinin azaldılmasının vacibliyini vurğulayıb.