📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Berlinlə Bakı arasındakı dialoq tərəfdaşlığı yeni səviyyəyə yüksəldir

2026-07-21 10:39:02

Berlinlə Bakı arasındakı dialoq tərəfdaşlığı yeni səviyyəyə yüksəldir

Berlin və Bakı arasında qurulmuş yüksək səviyyəli dialoq iki ölkə arasındakı tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəldir.

Hurriyyet.info xəbər verir ki, bunu Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov Prezident İlham Əliyevin Almaniyaya səfərinə dair "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

Səfir Prezident İlham Əliyevin Almaniyaya səfərinin önəminə diqqət çəkib:

"Bu səfər dəyişməkdə olan qlobal geosiyasi reallıqlar kontekstində Avropanın, xüsusən də onun iqtisadi güc mərkəzi olan Almaniyanın Cənubi Qafqaza baxışında əsaslı dəyişikliyin aydın sübutudur", - V. Sadıqov qeyd edib.