Bilgəh çimərliyində meyit tapıldı
2026-07-17 14:49:55
Sabunçu rayonu ərazisində yerləşən Bilgəh çimərliyində meyit tapılıb.
Hurriyyet.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, cəsədin təxminən 45-50 yaşlı kişi olduğu müəyyən edilib.
Hazırda onun kimliyinin dəqiq müəyyən edilməsi üçün işlər aparılır.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlayıb.