📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bir-iki aydan su qıtlığını hiss edəcəyik, qiyməti isə... - Açıqlama

2023-05-24 16:36:00

Bir-iki aydan su qıtlığını hiss edəcəyik, qiyməti isə... - Açıqlama

Azərbaycanda içməli suyun qıtlığı səbəbindən qiymətini saxlaya bilməyəcəyik.

Hurriyyet.az xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

"Azərbaycan dünyada içməli sudan əziyyət çəkən ölkələrdən biridir. Bu problem ilbəil artır. Biz suyun qiymətini saxlaya bilməyəcəyik", - deputat bildirib.

Onun sözlərinə görə, şəhərdə gəzəndə avtomobil yuma yerlərində suyun şırhaşırla axıdıldığını görürük: "100 % orada sayğac yoxdur. Suyu elə buraxırlar ki, elə bil şəlalədir. Bir-iki aydan su qıtlığını hiss edəcəyik".

teleqraf.com