📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bizə ən böyük dərsi azərbaycanlılar verdi” - Erməni keşişdən şok etiraf

2023-12-15 16:36:03

“Bizə ən böyük dərsi azərbaycanlılar verdi” - Erməni keşişdən şok etiraf

“Əliyev bizə təslim olmağı öyrədir. Razılaşma da sülh müqaviləsi yox, Ermənistanın təslim edilməsi müqaviləsi olacaq”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanda Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mixael Acapahyan deyib.

Onun sözlərinə görə, ermənilərə ən böyük dərsi azərbaycanlılar verdi: “Biz dövlət yaradan xalq deyilik, milli dövlət quran xalq kimi meydana çıxmamışıq. Bu gün hakimiyyətin dövlətçilik baxışı Ermənistanı xəritədə saxlamaqdır, amma bu dövlət demək deyil. Sərhədlərimiz olmayacaq, zamanla, Ermənistanda dominant xalq da ermənilər olmayacaq”.

Erməni keşiş çıxış yolu kimi Ermənistanda siyasi partiyaların ləğv edilməsini, dövlətin əvvəllər olduğu kimi yenə kilsədən idarə olunmasını təklif edib.

publika.az