📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“BMW” idarəetmədən çıxıb aşdı - Yaralılar var

2026-05-31 11:46:20

“BMW” idarəetmədən çıxıb aşdı - Yaralılar var

Gəncə-Şəmkir magistral yolunun Göygöl rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.info-un “Qafqazinfo”ya istinadla məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Belə ki, “BMW” markalı avtomobil idarəetmədən çıxaraq, bir neçə dəfə aşıb və əks yola çıxıb. Qəza nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Məhərrəm Bəyalıyev və avtomobildə olan sərnişin, 2005-ci il təvəllüdlü Aişə Abdullazadə və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.