📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Böyük Britaniyada yeni hökumət başçısı: Endi Börnem vəzifəsinin icrasına başladı - VİDEO

2026-07-20 17:24:53

Böyük Britaniyada yeni hökumət başçısı: Endi Börnem vəzifəsinin icrasına başladı - VİDEO

Böyük Britaniyanın hakim Leyboristlər Partiyasının yeni lideri Endi Börnem Kral III Çarlzdan hökuməti formalaşdırmaq mandatı alaraq Baş nazir vəzifəsinə başlayıb.

Bu barədə kralın mətbuat xidməti məlumat yayıb.

Əlli altı yaşlı siyasətçi bundan sonra Dauninq-stritdə yerləşən rəsmi iqamətgaha gedərək ölkə vətəndaşlarına ilk müraciətini edəcək. Qeyd edək ki, Börnem 2022-ci ilin sentyabrında taxt-taca sahiblənən III Çarlz tərəfindən təsdiq edilən üçüncü Baş nazir olub.

Xatırladaq ki, bundan bir müddət öncə monarx sabiq baş nazir Kir Starmerin istefa ərizəsini qəbul edib.