📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Böyük müsadirə əməliyyatı: Sarkisyanın əmlakına əl qoyuldu

2026-07-06 22:15:18

Böyük müsadirə əməliyyatı: Sarkisyanın əmlakına əl qoyuldu

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və onunla əlaqəli şəxslərə məxsus olduğu bildirilən milyonlarla dollar dəyərində əmlakın müsadirəsinə qərar verilib.

Hurriyyet.info xəbər verir ki, Ermənistanın Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı iddiasını qismən təmin edib.

Qərara əsasən, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan və onunla əlaqəli şəxslərə məxsus təxminən 1,7 milyon ABŞ dolları dəyərində əmlak, daşınmaz əmlakdakı paylar və parkinq sahəsi dövlətin xeyrinə müsadirə ediləcək.