📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BP-də neçə azərbaycanlı işləyir?

2023-05-06 23:49:00

BP-də neçə azərbaycanlı işləyir?

Birinci rübün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 min 307 nəfər olub.

BP-dən Hurriyyet.az-a bildirilib ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.