📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Broker Əbülfəz” ev dustaqlığına buraxıldı

2023-02-20 13:48:00

“Broker Əbülfəz” ev dustaqlığına buraxıldı

Səbail Rayon Məhkəməsi "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovla bağlı qərar verib.

Hurriyyet.az Unikal-a istinadən xəbər verir ki, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Ə.Məlikov ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində həbs edilmişdi.

Şirkət rəhbəri barəsində Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdı.