BTQ Afrika ölkəsinin dövlət qurumu ilə ilk memorandumu imzaladı
2026-07-11 16:57:55
Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin "Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, imzalanma Bakıda "Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutub.
Sənədi BTQ-nin İcraçı Direktoru və INHEI-nin Baş direktoru Filippe Sandvıdı imzalayıb.
Əməkdaşlıq BTQ-nin fəaliyyət coğrafiyasının Afrikada yayılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
BTQ əvvəllər müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə belə sənədlər imzalayırdısa, artıq ölkələrin dövlət orqanları ilə də əməkdaşlığa başlayır.