📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu binaların sökülməsi ilə bağlı qərar verildi

2023-11-24 21:44:41

Bu binaların sökülməsi ilə bağlı qərar verildi

Sumqayıt şəhərində yerləşən üç yataqxana binası söküləcək.

Hurriyyet.Az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qərar qəbul edilib.

Belə ki, qərara əsasən, şəhərin 29-cu məhəllə ərazisində 1 nömrəli, Kimyaçılar yaşayış massivində 3 nömrəli və 2-ci mikrorayonda yerləşən 13 nömrəli yataqxana binaları söküləcək.

Həmin söküləcək binaların yerləşdiyi ərazi abadlaşdırılacaq.

Söküntü işlərinə yaxın vaxtda başlanılacağı gözlənilir.