Bu ərazilərdə pulsuz fərdi evlərin tikintisinə başlanır
2023-12-12 14:13:01
Qubadlı rayonunun Mahzurlu və Zilanlı kəndlərində fərdi yaşayış evlərinin tikintisinə başlanır.
Hurriyyet.az-ın məlumatına görə, mənzillər 2, 3, 4 və 5 otaqlı olmaqla inşa ediləcək.
Tikinti işləri “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa və Tikinti İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən təşkil olunur.
Hələlik yaşayış evlərinin hansı şirkət tərəfindən inşa ediləcəyi müəyyən olunmayıb.
Ölkə.az