📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ərazilərdə qaz olmayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

2026-07-08 11:57:56

Bu ərazilərdə qaz olmayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Sabah Yevlax və Bərdə rayonlarının bəzi kəndlərinin təbii qazın verilməsində məhdudiyyətlər yaranacaq.

Hurriyyet.info  bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 9-da saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun Malbinəsi, Qoyunbinəsi, Qaraməmmədli, Qaramanlı, Hacımahmudlu, Nurallar, Dəlləklər, Nəmərli, Köyük, Rüstəmli, Kövər, Kolanı kəndlərinin və həmçinin Bərdə rayonunun Samux kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.