Bu gün vəfat edən gizirimizin ölüm səbəbi açıqlandı - FOTO
2023-06-24 22:14:00
Hurriyyet.Az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi vəfat edib.
Gizir Əsgərli Cavidan Sənan oğlu xəstəlikdən dünyasını dəyişib. Onun nəşi doğulduğu Zərdab rayonunda torpağa tapşırılacaq.
Müdafiə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsgərli Cavidan Sənan oğlu uzunsürən “Still xəstəliyi”ndən vəfat edib.
Qeyd edək ki, hərbçimiz 7 ay əvvəl ailə həyatı qurmuşdu.
