📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu gün Vüqar Tofiqoğlunun məhkəmə prosesi keçiriləcək

2026-07-06 13:28:11

Bu gün Vüqar Tofiqoğlunun məhkəmə prosesi keçiriləcək

Bu gün – 6 iyul 2026-cı ildə “Hürriyyət” qəzeti və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) növbəti məhkəmə prosesi keçiriləcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə baş redaktorun vəkili Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, V. Məmmədovun məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində saat 16:30-da keçiriləcək.

Xatırladaq ki, baş redaktorun məhkəməsi 10 iyun saat 14:30-da keçirilməli idi. Lakin hakimlərdən birinin Bakı Apellyasiya Məhkəməsində yeni vəzifəyə təyin olunması səbəbindən məhkəmə prosesi təxirə salınmışdı.

Qeyd edək ki, Vüqar Məmmədov Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4 -cü maddələri ilə ittiham edilir.

Jalə FAMİLQIZI

Hurriyyet.info