Bu gündən metronun "Nərimanov" stansiyasının bir çıxışı bağlanır
2026-07-20 14:17:38
Bu gündən metronun "Nərimanov" stansiyasının 3 nömrəli çıxışı müvəqqəti bağlanacaq.
Hurriyyet.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
"Paytaxtda həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq "Nərimanov" stansiyasının 3 nömrəli çıxışı sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 20 iyul tarixindən müvəqqəti bağlanacaq.
Təmir-bərpa işləri davam etdiyi müddətdə stansiyanın digər alternativ çıxışlarından və yaxınlıqdakı yerüstü piyada keçidlərindən istifadə etməyiniz xahiş olunur," - deyə qurumdan bildirilib.