Bu kəndlərdə qaz kəsiləcək
2026-06-01 20:14:15
Şəkinin bəzi yaşayış məntəqələrində qaz təchizatında fasilə yaranacaq.
Modern.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, 02.06.2026-cı il tarixində saat 10:00-dan etibarən Şəki rayonunun Bideyiz və Baş Küngüt kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişinin işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacağı qeyd edilib.