📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu məcburi köçkünlərə verilən “çörəkpulu” dayandırılır

2023-06-14 13:20:00

Bu məcburi köçkünlərə verilən “çörəkpulu” dayandırılır

Minlərlə məcburi köçkün dövlət tərəfindən onlara verilən vahid aylıq müavinətdən məhrum olacaq.

Hurriyyet.az xəbər verir ki, yenisabah.az-ın əldə etdiyi məlumata görə, VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən “çörəkpulu” avqust ayından etibarən dayandırılacaq. Bununla bağlı Hesablama Palatasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdiyi bildirilir.

Məlumata görə, vahid aylıq müavinətdən məhrum olacaq məcburi köçkünlərin sayı təxminən 50 min nəfəri əhatə edəcək. Onların arasında dərzi, bərbər, ofisiant, pinəçi, satıcı və taksi fəaliyyətilə məşğul olan şəxslər də var.