📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ölkədə elektron siqaretlərin satışı qadağan ediləcək

2023-07-29 20:10:00

Bu ölkədə elektron siqaretlərin satışı qadağan ediləcək

Qazaxıstan hökuməti elektron siqaretlərin satışına və ölkəyə idxalına qadağa qoyub.

Hurriyyet.Az bildirir ki, Qazaxıstan parlamentinin deputatı Nurgül Taunun sözlərinə görə, ötən gün qanun verici orqanın idarələrarası komissiyanın üzvləri demək olar ki, yekdilliklə qadağanın lehinə səs veriblər.

“Elektron siqaretlərin zərəri danılmazdır. Məhz buna görə də ölkənin Səhiyyə Nazirliyi 2021-ci ildən bəri elektron siqaretlərin dövriyyəsinə qadağanın qoyulması məsələsini kəskin şəkildə gündəmə gətirirdi” – deyə Nurgül Tau vurğulayıb.