📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu qadından bir aya yaxındır xəbər yoxdur

2026-06-07 16:21:46

Bu qadından bir aya yaxındır xəbər yoxdur

Bakıda Tovuz rayon sakini olan 38 yaşlı qadın itkin düşüb.

Musavat.com xəbər verir ki, 1988-ci il təvəllüdlü Bayramova Cəmilə Ceyhun qızı bu il mayın 11-də paytaxtın Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 27, mənzil 40 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlumata görə, C. Bayramova hicab taxırmış. Evdən çıxarkən əynində ağ jaket, boz cins şalvar və ağ idman ayaqqabısı olub.

Onu görənlərdən Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə məlumat vermələri xahiş olunur.