Bu rayona yeni polis rəisi təyin edildi
2023-09-11 20:48:39
Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ayaz Cəfərov vəzifədən azad edilib.
Hurriyyet.Az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə Yasamal Rayon Polis İdarəsinin rəisinin əməliyyat üzrə müavini, polis polkovniki Ramil Mustafayev vəzifədən azad edilərək Lerikə rəis göndərilib.