📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu rayonlara 3 gün güclü yağış yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

2026-07-06 21:11:26

Bu rayonlara 3 gün güclü yağış yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Hurriyyet.info -ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.