📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu rayonun icra başçısı müavinini işdən çıxardı - FOTO

2023-12-11 21:57:23

Bu rayonun icra başçısı müavinini işdən çıxardı - FOTO

Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nazim Şükürov vəzifəsindən azad olunub.

Hurriyyet.Az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı RİH başçısı Rafiq Cəlilov müvafiq əmr imzalayıb.

Onun yerinə hələlik təyinat olmayıb. 

Qeyd edək ki, 56 yaşlı N.Şükürov ötən ilin əvvəlində bu vəzifəyə təyin olunmuşdu.