📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu rayonun polis rəisi işdən ÇIXARILDI

2023-04-28 20:59:00

Bu rayonun polis rəisi işdən ÇIXARILDI

Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Polis Şöbəsinin rəisi işdən azad olunub.

Hurriyyet.Az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Nəsib İsmayılov Polis Şöbəsinin rəisi vəzifəsindən çıxarılıb.

Başqa bir əmrlə Nəsib İsmayılov Naxçıvan Daxili İşlər Nazirliyində müvafiq vəzifəyə təyin edilib.

Naxçıvan daxili işlər nazirinin digər əmri ilə polis polkovniki Orxan Axundzadə Şərur Rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, O. Axundzadə bundan öncə Bakının Səbail Rayon Polis Şöbəsində çalışıb. \\APA