📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu şəxslərin uşaqlarla təmaslı işlərə qəbulu qadağan edildi

2023-02-02 00:24:00

Bu şəxslərin uşaqlarla təmaslı işlərə qəbulu qadağan edildi

Əmək Məcəlləsinə yeni maddə əlavə edilib.

Hurriyyet.Az xəbər verir ki, yeni maddəyə əsasən Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər uşaqlarla müntəzəm təmaslı işlərə qəbul edilməyəcək.

Bununla bağlı Əmək Məcəlləsinə yeni 17-1-ci maddə (Uşaqlarla müntəzəm təmasla əlaqədar işlərin görülməsinə qoyulan məhdudiyyətlər) əlavə olunması barədə qanun təsdiqlənib.