Bu universitetdə 6 kafedra ləğv olundu, 14 yeni müdir təyin edildi
2026-07-21 20:56:11
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) əsaslı struktur və kadr islahatları aparılıb.
Bunu ali məktəbin rektoru, dosent Rüfət Əzizov bildirib.
Onun sözlərinə görə, ADNSU-da 6 kafedra ləğv edilib, digərləri isə yenidən təşkil olunub: “Nəticədə kafedraların sayı 24-dən 18-ə endirilib. 14 kafedraya yeni müdir təyin olunub. Hazırda kafedra müdirlərinin orta yaşı 45-ə yaxındır. Əvvəllər bu 60-dan çox idi”.
Rektor deyib ki, son bir ildə ADNSU-da 30-dan çox gəncə vəzifə verilib. Bundan başqa, ali məktəbə 3 yeni prorektor təyin olunub ki, onların da hamısı gənclərdir./Ölkə.az