📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu universitetin lisenziyası ləğv edildi

2026-05-22 12:03:44

Bu universitetin lisenziyası ləğv edildi

Türkiyənin köklü vəqf universitetlərindən olan İstanbul Bilgi Universiteti ilə bağlı diqqətçəkən addım atılıb.

Hurriyyet.info  xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın imzası ilə yayımlanan qərarda universitetin fəaliyyət icazəsinin ləğv edildiyi bildirilib.

Qərarda belə deyilib:

“İstanbul Bilgi Universitetinin fəaliyyət icazəsinin 2547 saylı Ali Təhsil Qanununun əlavə 11-ci maddəsinə əsasən ləğv edilməsinə qərar verilmişdir.”

Can Holdinqə qarşı başladılan istintaqdan sonra universitetə Əmanətlərin Sığortalanması Fondu (TMSF) tərəfindən əl qoyulmuşdu.