Bulvarda gəmi səyahətinin olmamasının səbəbi bilindi — VİDEO
2023-07-14 23:27:00
Bulvarda gəmi səyahətinin olmamasının səbəbi açıqlanıb.
Dənizkənarı Bulvar İdarəsinin sözcüsü Əfsanə Mehdiyeva Baku TV-yə açıqlamasında qeyd edib ki, gəmilərin fəaliyyətinin müvəqqəti dayandırılmasının səbəbi Xəzərdə suyun səviyyəsinin aşağı enməsi ilə əlaqədardır:
“Gəmilər texniki baxışdan keçiblər və saz vəziyyətdədirlər. Suyun səviyyəsi yüksələrsə xidmət göstərməyə davam edəcəyik”.
Daha ətraflı Baku TV-nin süjetində: