Burda mənəm, Bağdadda, "KOR" Xəlifə…
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin qanunsuz fəaliyyəti haqqında bir neçə dəfə yazı dərc etmişik. Lakin buna baxmayaraq, adı kölgədə qalan icra başçısı haqqında hələ də heç bir tədbir görülmür. Axı niyə?
Bu şəxsin 76 yaşı var. Qocayev Alı İbrahim oğlu 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. Artıq təqaüdə getmək vaxtıdır, amma mənimsədiyi dövlətə aid torpaqları qaytarmaq şərtilə.
Bir neçə ay bundan öncə Samux rayonu, Seyidlər kəndinin sakinləri Space TV və Baku Tv kanalında canlı yayımda çıxış edərək, prezident İlham Əliyev cənablarına müraciət ediblər. Sözügedən kənd sakinləri 100 hektara yaxın torpaq sahəsinin bələdiyyə, Seyidlər kənd icra nümayəndəsi Tacəddin Əsgərov və icra Başçısı Alı Qocayev tərəfindən öhdəliklərindən alınaraq digər tanımadıqları şəxslərə verildiyini iddia edirlər.
Seyidlər kəndinin icra nümayəndəsi Tacəddin Əsgərov isə kənd sakinlərinin iddialarının yalan olduğunu, Gəncə Şəhər Regional Daşınmaz Əmlakdan saxta sənəd verdiklərini qeyd edir.
Digər məlumata görə, icra başcısı Gəncə şəhər Rüstəm Allahverdioğlu küçəsində, Mədəniyyət Nazirliyinin tabeçiliyində olan "Klub" deyilən yerin ərazidə ikimərtəbəli ev tikdirib.
Mədəniyyət Nazirliyinin tabeçiliyində olan "Klub" deyilən yerin ərazisində iki mərtəbəli yaşayış evin tikilişinə icazə verən dövlət qurumu vəzifə səlahiyyətlərini aşmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirlidir.
Bütün bunlarla bağlı görüntüləri oxucularımıza təqdim edirik: Samux rayonu, Seyidlər kəndinin "qara" fəhlələri, "ağ" günə çıxmaq ümidilə...
Gəncə müxbiri Azər