📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Buşehrdəki partlayış səsinin səbəbi açıqlanıb

2026-07-10 11:19:08

Buşehrdəki partlayış səsinin səbəbi açıqlanıb

İranda Buşehr şəhərində eşidilən güclü partlayış səsinin hava hücumundan müdafiə sisteminin fəaliyyəti ilə bağlı olduğu bildirilib.

Hurriyyet.info xəbər verir ki, Buşehr vilayəti qubernatorunun siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Ehsan Cahanian İRNA-ya açıqlamasında hadisə ilə bağlı məlumat verib.

O bildirib ki, şəhərdə bir neçə dəqiqə əvvəl eşidilən partlayış səsi hava hücumundan müdafiə sisteminin vaxtında göstərdiyi reaksiyanın nəticəsidir.