📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bütün növ pensiya və müavinətlər vaxtından əvvəl ÖDƏNİLDİ

2023-06-22 20:36:00

Bütün növ pensiya və müavinətlər vaxtından əvvəl ÖDƏNİLDİ

Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Bu barədə Hurriyyet.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bundan əvvəl, iyunun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyunun 14-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.