📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cahangir Hacıyevin səhhətində problem yaranıb - "Haşimito sindromu..."

2023-07-17 10:27:00

Cahangir Hacıyevin səhhətində problem yaranıb -

Hazırda həbsdə olan “Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin səhhətində problem yaranıb.

Hurriyyet.az bildirir ki, bu barədə Gununsesi.info-ya sabiq bankirin yaxınları bildirib.

Onların sözlərinə görə, bir neçə ildir ki, həbsxana həyatı yaşayan Cahangir Hacıyevin səhhətində bir sıra fəsadlar yaranıb.

Yaxınları deyib ki, Hacıyev insanlarda istisna hallarda rast gəlinən Haşimito sindromundan “qalxana bənzər vəzinin iltihabı” əziyyət çəkir.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyevə 16 il 6 ay həbs cəzası təyin edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldıb.

Cahangir Hacıyev Azərbaycanın ən dözülməz şəraiti olan 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.