📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəmilə Qurbanova işdən çıxarıldı

2026-07-06 17:11:29

Cəmilə Qurbanova işdən çıxarıldı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Fazil qızı Qurbanova tutduğu vəzifədən azad edilib.

Səhiyyə naziri Teymur Musayevin əmri ilə Cəmilə Qurbanova iyunun 3-dən etibarən "Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu" publik hüquqi şəxsin (PHŞ) direktoru vəzifəsindən azad olunub.

Nazirliyin məlumatına görə, hazırda institut direktorunun vəzifəsinin icrası baş həkim Xuraman Bağırovaya həvalə edilib.

Səhiyyə Nazirliyi vəzifədən azad olunmanın səbəbi ilə bağlı əlavə məlumat verməyib./Demokrat.az