📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ceyhun Cəlilova etiraz edib işdən çıxıblar?

2026-07-16 16:35:31

Ceyhun Cəlilova etiraz edib işdən çıxıblar?

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində bir sıra vəzifəlilər tutduqları vəzifələrdən ayrılıblar.

Hurriyyet.info  Manset.az-a istinadən xəbər verir ki, son dəyişikliklərdən sonra nümayəndəliyin əməkdaşları Qoşqar Kamilli, Tural Murtuzəliyev və Pənah Mehdiyev nümayəndəliyin rəhbəri Ceyhun Cəlilovun onlara etdiyi təkliflə razılaşmayaraq vəzifələrindən ayrılıblar.

Bildirilib ki, işdən ayrılan hər üç şəxs Naxçıvan MR-də bir sıra mühüm dövlət proqramlarının və layihələrinin hazırlanmasında xüsusi xidmətləri ilə seçiliblər.

Qeyd edək ki, ötən ay qanunvericiliyə edilən dəyişiklik nəticəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə birinci kateqoriya dövlət orqanı statusu verilib.

Fotoda: Tural Murtuzəliyev

 

Fotoda: Pənah Mehdiyev

Fotoda: Qoşqar Kamilli